Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Satınalma Meneceri

Ümumi tələblər

  • Ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
  • Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi (minimum 3 il rəhbər təcrübəsi);
  • Dövlət satınalmaları haqqındaqanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı (xüsusilə, Excel);
  • Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.

Vəzifə öhdəlik

  • Əməkdaş şirkətlərlə danışıqların aparılmasını təmin edir ;
  • Əməkdaşlıq müqavilələrinin hazırlanmasını təşkil edir ;
  • Ölkə daxilində qeydiyyatı olmayan məhsulların qeydiyyat prosesini təşkil edir ;
  • Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsini təmin edir.
  •  Logistika şöbəsinin əməkdaşlarını verilmiş sifariş əsasında xarici şirkətlərin göndərdiyi məhsulların    gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərlə öncədən məlumatlandırır ;
  • Məhsulların satışlarına nəzarət edir, ehtiyac olduqca müxtəlik aksiyalar təklif edir.
  • Satışa yararsız məhsulların utilizə olunması prosesini təşkil edir ; Utizilə olunmuş məhsullara görə xərcləri hesablayır ;
  • Hesablanmış xərclər üzrə təzminatların alınmasına nəzarət edir.


 İş şəraiti:

  •     İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  •     5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  •     Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  •      Karyera yüksəlişi imkanı.
  •     Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz xahiş olunur.