Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals MMC Bakı Baza Tibb Kollecində “Karyerada İlk Addım” Sərgisində!

29 may 2025-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində Əczaçılıq ixtisası üzrə məzunların məşğulluğuna dəstək məqsədilə “Karyerada İlk Addım” devizi altında karyera sərgisi təşkil olundu.

Sərginin əsas məqsədi məzunların gələcək karyeralarına daha inamla addımlamalarına dəstək vermək, onları ixtisaslarına uyğun iş imkanları ilə tanış etmək və əmək bazarına hazırlamaq idi.

Zeytun Pharmaceuticals MMC-nin Aktiv İştirakı

Sərgidə ölkənin tanınmış səhiyyə və əczaçılıq müəssisələri ilə yanaşı, Zeytun Pharmaceuticals MMC də öz stendi ilə iştirak etdi. Şirkətin İnsan Resursları şöbəsinin nümayəndələri tələbələr və məzunlarla birbaşa ünsiyyət quraraq şirkət haqqında ətraflı məlumat verdilər. Onlar tələbələri mövcud vakansiyalar, işə qəbul prosesi və tələb olunan bacarıqlar barədə məlumatlandırdılar. Görüşlər zamanı tələbələrin sualları cavablandırıldı və ilkin əlaqələr quruldu.

Sərginin Əhəmiyyəti

Bu sərgilər:
 Məzunların ixtisaslarına uyğun iş tapmasına real dəstək verir;
 Tibb və əczaçılıq müəssisələri ilə tələbələr arasında körpü yaradır;
 Gənclərin əmək bazarına çıxışını asanlaşdırır və onları peşə mühitinə hazırlayır.

Zeytun Pharmaceuticals MMC Gənc Mütəxəssislərin Yanında

Zeytun Pharmaceuticals MMC olaraq gənc əczaçıların inkişafına dəstək vermək, onları iş mühitinə uyğunlaşdırmaq və peşəkar potensiallarını üzə çıxarmaq əsas prioritetlərimizdəndir.

Karyera sərgiləri şirkətimiz üçün də yeni istedadların aşkar edilməsi, onlara dəyərli istiqamətlər verilməsi və əmək bazarının gələcək liderləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Karyerada İlk Addım” sərgisi gənc əczaçılarla iş dünyasının real oyunçularını bir araya gətirən mühüm bir platforma oldu. Zeytun Pharmaceuticals MMC olaraq belə təşəbbüslərdə iştirak etməyə və gənclərin peşəkar inkişafını dəstəkləməyə davam edəcəyik.

" } } ] }