Bir çox insanda hipotiroidizm
(tiroid hormonlarının azlığı) diaqnozu qoyulduqda, müalicə məqsədilə
levotiroksin adlı dərman təyin olunur. Bu dərman TSH — Tiroid Stimullaşdırıcı Hormon səviyyəsini normallaşdırır və
simptomların aradan qalxmasına kömək edir. Lakin bəzi insanlar müalicə alıb TSH göstəriciləri normal olsa da, hələ
də yorğunluq, halsızlıq, ruh düşkünlüyü kimi şikayətlərini davam etdirdiklərini
bildirirlər.
Bu sual tədqiqatçıları
maraqlandırıb: Əgər hormonlar
qaydasındadırsa, pasiyent niyə özünü yaxşı hiss etmir?
Tədqiqat
necə aparılıb?
Bu araşdırmada 157 nəfər iştirak
edib. Onların hamısı:
ən azı 2
ildir hipotiroidizmdən əziyyət çəkirdi,
sabit
dozada levotiroksin qəbul edirdi,
son 6 ayda
TSH səviyyəsi normal idi,
ciddi başqa
xəstəlikləri yox idi.
İştirakçıların:
70,7%-i Haşimoto (autoimmun tiroidit)(orqanizmin öz tiroidinə qarşı antikor yaratması),
29,3%-i isəiatrogen hipotiroidizm (bu pasiyentlərdə hipotiroidizm qalxanabənzər vəzinin tam və ya qismən çıxarılması və ya radioaktiv yodla müalicə nəticəsində sonradan yaranmışdı) idi.
Tədqiqat zamanı pasiyentlərin qanında tiroid göstəriciləri ölçüldü:
TSH (Tiroid Stimullaşdırıcı Hormon)
sərbəst T3 (triyodtironin)
Bundan əlavə, onlar həyat keyfiyyəti
və hipotiroidizm əlamətləri ilə bağlı sorğularda iştirak etdilər. Psixoloji vəziyyət—
yəni depressiya və bədən siqnallarına (somatosensor) qarşı həssaslıqda ayrıca anketlərlə qiymətləndirildi.
Nəticələr nə
göstərdi?
Aydın oldu ki, TSH normallaşsa da,
bəzi insanlar özlərini hələ də pis hiss edir və bu hal daha çox aşağıdakı
qruplarda müşahidə olunur:
qadınlarda,
artıq çəkisi
olanlarda,
Haşimoto xəstəliyi
olanlarda,
depressiya
simptomları güclü olanlarda,
Somatosensor
reaksiyalara qarşı həddindən artıq həssas olanlarda.
Ən maraqlısı isə odur ki, qan analizlərindəki tiroid hormonlarının
heç biri (TSH, T3, T4) həyat keyfiyyəti ilə birbaşa əlaqəli deyildi.
Ən güclü təsir göstərən amillər
bunlar oldu:
Somatosensor reaksiyalara qarşı həssaslıq
Bədən kütlə indeksi (BKİ)
Depressiya səviyyəsi
Bu məlumat
bizə nə deyir?
Tədqiqat müəllifləri bildirirlər ki:
“TSH normallaşdıqdan sonra belə, pasiyentlərdə həyat keyfiyyətinin aşağı olması əsasənpiylənmə, psixoloji gərginlik və bədən simptomlarına qarşı həddindən artıq həssaslıq kimi problemlərlə bağlıdır. Bu hallar çox zaman nəzərdən qaçırılır.”
Bu o deməkdir ki, təkcə hormon səviyyəsini yoxlamaq kifayət
deyil — pasiyentin psixoloji durumu və ümumi sağlamlıq vəziyyəti də nəzərə
alınmalıdır.
Tədqiqat
Haqqında
Bu araşdırmaya Bence Bakos rəhbərlik edib. O, Macarıstanın
Semmelweis Universitetinin Daxili Xəstəliklər və Onkologiya Kafedrasının əməkdaşıdır.
Tədqiqat 2025-ci il mayın 26-da “BMC Endocrine Disorders” jurnalında
dərc olunub.
Qeyd və Məhdudiyyətlər
Bu, kəsişməli tədqiqat olduğu üçün səbəb-nəticə əlaqəsi tam sübut edilə bilməz.
Araşdırma heç bir maliyyə dəstəyi almamış, müəlliflərheç bir maraq toqquşmasının olmadığınıbəyan etmişlər.