Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals-ın iştirakı ilə “Xəzər Görüşləri 5” konfransı keçirildi.

14-15 iyun 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən Fairmont otelində ölkənin və regionun ən mühüm tibbi tədbirlərindən biri olan “Xəzər Görüşləri 5” adlı beynəlxalq konfrans keçirildi.

Konfransda əsas diqqət Qastroenterologiya və Hepatologiya sahəsindəki son yeniliklərə və müasir müalicə yanaşmalarına yönəldildi. Tədbir, bu sahənin aktual problemlərinin, yeni elmi tədqiqatların və innovativ müalicə imkanlarının müzakirə olunduğu mühüm bir platforma rolunu oynadı.

Azərbaycan və müxtəlif xarici ölkələrdən dəvət olunmuş aparıcı mütəxəssis həkimlər, konfrans çərçivəsində elmi çıxışlarla iştirak edərək, öz bilik və təcrübələrini bölüşdülər. Gastroenterologiya və hepatologiyada tətbiq olunan yeni metodlar, diaqnostika və müalicə sahəsindəki trendlər, eləcə də klinik təcrübələr konfransın əsas mövzuları sırasında yer aldı.

Zeytun Pharmaceuticals MMC olaraq biz də bu nüfuzlu tədbirdə rəsmi sponsor qismində iştirak etdik. Konfrans çərçivəsində şirkətimizin təqdim etdiyi eksklüziv məhsullar, tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Səhiyyə mütəxəssislərinə məhsullarımız haqqında ətraflı məlumat verildi və onların klinik praktikada necə effektiv nəticələr verdiyi vurğulandı.

Bu cür tədbirlər, səhiyyə sektorunda elmi yenilikləri paylaşmaqla yanaşı, pasiyentlərin daha keyfiyyətli və effektiv müalicə almasına da bilavasitə töhfə verir. Zeytun Pharmaceuticals olaraq biz daim Azərbaycanın səhiyyə sisteminin inkişafına dəstək verməyə, həkimlərə və pasiyentlərə yüksək keyfiyyətli və innovativ məhsullar təqdim etməyə davam edəcəyik.

“Xəzər Görüşləri 5” konfransında iştirak etməyimiz bir daha göstərdi ki, biz yalnız dərman təchizatçısı deyil, həm də elmi biliklərin, beynəlxalq təcrübənin və sağlamlığın inkişafına töhfə verən etibarlı tərəfdaşıq.

" } } ] }