Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Dünyanın aparıcı biofarmasevtik şirkətlərindən biri olan AstraZeneca Azərbaycanda fəaliyyətini Zeytun Pharmaceuticals ilə strateji tərəfdaşlıq çərçivəsində bərpa edir

Dünyanın aparıcı biofarmasevtik şirkətlərindən biri olan AstraZeneca, Zeytun Pharmaceuticals ilə strateji əməkdaşlıq çərçivəsində Azərbaycandakı fəaliyyətini yenidən bərpa edir. Bu tərəfdaşlıq, ölkənin əczaçılıq sektorunda beynəlxalq təcrübənin tətbiqini və yüksək keyfiyyətli dərman vasitələrinin əlçatanlığını təmin edəcək.

AstraZeneca, dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, elmi tədqiqatlara və innovasiyaya əsaslanan qlobal biofarmasevtik şirkətdir. Onkologiya, ürək-damar, böyrək və maddələr mübadiləsi, tənəffüs sistemi, immum terapiyası və nadir xəstəliklər sahələrində qabaqcıl tədqiqatlar aparır və sübut olunmuş effektivliyə malik müasir dərmanlar təqdim edir. 2024-cü il göstəricilərinə əsasən, AstraZeneca dünyanın ən böyük əczaçılıq şirkəti arasında yer tutur.

Bu tərəfdaşlıq, Azərbaycanda dünya standartlarına uyğun tibbi dərman vasitələrinin əlçatanlığı, pasiyentlər üçün innovativ müalicə imkanlarının artırılması və səhiyyə işçilərinin bilik və bacarıqlarının gücləndirilməsi ediləcək təlimlər baxımından xüsusi əhəmiyyət daşıyır.

Zeytun Pharmaceuticals ölkə daxilində geniş distribusiya imkanları və peşəkar komandası ilə tanınır. Şirkət beynəlxalq brendlərlə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. AstraZeneca ilə qurulan bu yeni tərəfdaşlıq, həm pasiyentlər, həm də səhiyyə işçiləri üçün yeni imkanlar yaradacaq.

Əməkdaşlıq çərçivəsində:

  • Müasir dərman vasitələrinin bazara çıxarılması,
  • Tibb işçiləri üçün elmi əsaslı təlimlərin təşkili,
  • Apteklərdə yüksək keyfiyyətli və effektiv məhsulların əlçatanlığının artırılması hədəflənir.

Həmçinin, Azərbaycanda dərman vasitələrinin qeydiyyat prosesin sadələşdirilməsi beynəlxalq şirkətlərin məhsullarının daha qısa müddətdə bazara çıxmasına və pasiyentlərə çatmasına real imkan yaradır.

AstraZeneca və Zeytun Pharmaceuticals birlikdə innovativ dərman vasitələrinin əlçatanlığını artırmaq, pasiyent mərkəzli yanaşmalarla daha sağlam cəmiyyətin qurulmasına xidmət etməyi qarşıya məqsəd qoyur.

AstraZeneca

AstraZeneca (LSE/STO/Nasdaq: AZN) — Onkologiya, Nadir Xəstəliklər və BioFarmasevtikalar sahəsində, o cümlədən Ürək-Damar, Böyrək və Maddələr Mübadiləsi, Tənəffüs və Immunologiya istiqamətlərində reseptlə təyin edilən dərman vasitələrinin kəşfi, inkişafı və kommersiyalaşdırılmasına fokuslanan, elmi əsaslı qlobal biofarmasevtik şirkətdir. Mərkəzi Böyük Britaniyanın Kembric şəhərində yerləşən AstraZeneca-nın innovativ dərman vasitələri, dünyanın 125-dən çox ölkəsində satılır və dünyada milyonlarla pasiyent tərəfindən istifadə olunur.

Ətraflı məlumat üçün www.astrazeneca.com saytına daxil olun və şirkəti sosial şəbəkələrdə@AstraZeneca adı ilə izləyə bilərsiniz.

 

" } } ] }