Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Yaraların müalicəsində yeni dövr: Zeytun Pharmaceuticals və Mölnlycke Health Care strateji əməkdaşlığa başlayır

Azərbaycanın aparıcı əczaçılıq şirkətlərindən biri olan Zeytun Pharmaceuticals, yara baxımı və cərrahi məhsullar üzrə dünyaca məşhur İsveç şirkəti Mölnlycke Health Care ilə strateji tərəfdaşlıq münasibətlərinə başladığını rəsmi şəkildə elan edib. Bu əməkdaşlıq ölkənin tibbi xidmət sahəsinə innovativ həllər və beynəlxalq klinik təcrübələrin gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

1849-cu ildə İsveçdə əsası qoyulan Mölnlycke Health Care bu gün dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir və xüsusilə yara baxımı, cərrahi sarğılar və negativ təzyiq terapiyası sahəsində innovativ həlləri ilə tanınır.

Zeytun Pharmaceuticals və Mölnlycke arasında qurulan bu tərəfdaşlığın əsas məqsədi, Azərbaycanda yara baxımı, diabetik ayaq sindromu, cərrahi əməliyyatlardan sonrakı reabilitasiya və ağır yanıq hallarının idarə edilməsində klinik keyfiyyət standartlarını yüksəltməkdir.

Tətbiq ediləcək innovativ məhsullar əməliyyatlardan sonrakı və xroniki ağır yaraların sağalma müddətini əhəmiyyətli dərəcədə azaldacaq, sarğı dəyişmə tezliyini və tibbi heyətə düşən yükü minimuma endirəcək.

Bu məhsulların xəstəxana və klinikaların arsenalına daxil edilməsi, orta tibb personalının bu cür pasiyentlərə sərf etdiyi vaxtı azaldacaq, işin effektivliyini artıracaq və çarpayı günlərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda, ev şəraitində yara baxımı da daha əlçatan və praktik olacaq.

Əməkdaşlıq çərçivəsində həkimlər və tibb personalı üçün təlim proqramları, klinik seminarlar və praktik sessiyalar təşkil ediləcək. Burada diabetik ayaq yaraları, cərrahi yaralar və yanıq travmaları üçün spesifik, müasir həllərin təqdim olunması planlaşdırılır.

Zeytun PharmaceuticalsMölnlycke Health Care arasında başlanan bu əməkdaşlıq, ölkəmizdə yaraların müalicə keyfiyyətini yüksəltməyə real imkan yaradır.

Mölnlycke Health Care şirkəti haqqında daha geniş məlumat almaq üçün https://www.molnlycke.co.uk/ saytına daxil ola və şirkəti sosial şəbəkələrdə @molnlyckehc adı ilə izləyə bilərsiniz.

 

" } } ] }