1. Zəhərli deyil və daha təhlükəsizdir
Civə olmayan termometrlərdə istifadə olunan maye (Gallium) civədən fərqli olaraq toksik deyil və termometr sınsa belə sağlamlığa təhlükə yaratmır.
2. Ətraf mühit üçün təhlükəsizdir
Civə ağır metal kimi ətraf mühiti çirkləndirir və zərərli tullantı sayılır. Civə olmayan mayelər isə daha ekoloji təmizdir və asanlıqla biodeqradasiya olunur.
3. Atılması daha rahatdır
Civə termometrlərin atılması üçün xüsusi qaydalar mövcuddur. Civa olmayan termometrlərin atılması və tullantıların idarəsi daha sadədir və əlavə tələblər tələb
etmir. Sındığı zaman adi məişət tullantısı kimi atıla bilər.
4. Xüsusi qablaşmada təqdim olunur
Azərbaycan dilində istifadə təlimatlarının yerləşdirildiyi individual qutularda təqdim olunur.
5. Civə sızıntısı riski yoxdur
Termometr sınsa belə, civə kimi zəhərli maddə sızmır, bu da ev və ya istifadə sahəsində təhlükəsizliyi artırır.
6. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğundur.
ÜST 2013-cü ildə Minamata Konvensiyası çərçivəsində cıvə ehtiva edən məhsulların istifadəsinin məhdudlaşdırılması və tədricən dayandırılması üçün tövsiyələr vermişdir.
ÜST vurğulayır ki, civa çox zəhərli və toksikdir. Civəli termometrlər qırıldıqda civə sızaraq havaya və ətraf mühitə zərər verə bilər, insanlarda ciddi sağlamlıq problemlərinə, xüsusilə sinir sistemi zədələnmələrinə səbəb ola bilər.
Buna görə ÜST təmizlik və təhlükəsizlik məqsədilə civəli termometrlərin istifadəsinin dayandırılmasını və onların əvəzinə təhlükəsiz, civə olmayan termometrlərin (gallium və ya rəqəmsal termometrlər) istifadəsini tövsiyə edir.
Bir çox ölkələr ÜST-nun tövsiyələrinə əsasən civəli termometrlərin istehsalını və satışını məhdudlaşdırıb və ya qadağan etmişdir.