Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

İadə Şöbə müdiri

Ümumi tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilini yüksək səviyyədə bilməli (rus dili biliyi üstünlükdür) ;
  • Rəhbər vəzifədə minimum 1-3 il təcürbə;
  • Microsoft Office proqramlarından və 1C proqramından peşəkar səviyyədə istifadə bacarığı;
  • Liderlik, qərarvermə, vaxtın və komandanı idarəetmə bacarıqları;


Vəzifə öhdəlikləri

  • Şöbədə aparılan bütün əməliyyatlara nəzarət edir;
  • Şöbədə aparılan əməliyyatlar ilə əlaqədar tələb olunan müxtəlif növ sənədləri şərh edir;
  • Saxlanılan malların təhlükəsizliyini təmin edir;
  • Şöbəyə daxil olan malların təsdiq edilmiş standartlara uyğunluğunu yoxlayaraq sistemə işlənməsinə nəzarəti təmin edir;
  • Anbardan iadə edilmiş malların yoxlanaraq müvafiq şirkətlərə iadə edilməsi işini təşkil edir;
  • Şöbədə olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edir;
  • İnventarizasiya prosesində iştirak edir;
  • Şöbənin işçilərinə rəhbərlik edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir;
  • Şöbə işçilərinin iş rejiminə nəzarət edir;
  • Şirkətə aid məlumatların məxfiliyinin qorunmasını təmin edir.
  • Onun himayəsində оlan maddi dəyərlilərə təhlükə törədən vəziyyət barədə Anbar rəhbərliyini dərhal məlumatlandırır və təhlükəli vəziyyətin yaranma səbəblərini müəyyənləşdirir və qarşısının alınması tədbirlərini həyata keçirir ;

İş şəraiti:

·        İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo

·        6/7 iş qrafiki ;

·        Nahar şirkət tərəfindən təmin olunur;

·        Karyera yüksəlişi imkanı.

·        Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.