Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Kerendia: Ürək çatışmazlığı olan milyonlarla insana yeni ümid

ABŞ-nin Qida və Dərman İdarəsi (FDA), “Bayer” şirkətinin istehsal etdiyi Kerendia (finerenon) dərmanını ürək çatışmazlığı olan bəzi xəstələr üçün istifadəyə rəsmi olaraq təsdiqlədi.

Burada söhbət atım fraksiyası qorunmuş və ya bir qədər azalmış ürək çatışmazlığı olan xəstələrdən gedir. Yəni ürək hələ də qanı müəyyən güclə vurur, amma bu bədənə lazım olan dəstəyi tam təmin etmir. Bu formada xəstələrdə nəfəs darlığı, yorğunluq və digər tipik ürək çatışmazlığı əlamətləri müşahidə olunur. Ürəyin işi tam dayanmasa da, düzgün və effektiv işləməsi pozulub. Uzun müddət bu pasiyent qrupu üçün məqsədyönlü və sübutlu müalicə imkanlarıyox idi. İndi isə Kerendia ilə bu vəziyyət dəyişir.

Bu nə deməkdir?

·      Uzun müddət müalicə imkanları məhdud olan ürək çatışmazlığı xəstələri üçün artıq elmi sübutlara əsaslanan yeni bir seçim mövcuddur.

·      “Bayer” şirkəti ürək-damar sahəsində öz mövqeyini daha da möhkəmləndirir.

·      Dərmanın böyük bazar potensialı var — illik satışların 3 milyard dolları keçəcəyi gözlənilir.

Kerendia-nın əvvəlki və yeni istifadəsi:

Əslində Kerendia əvvəllər 2-ci tip şəkərli diabetlə bağlı böyrək xəstəliyinin müalicəsi üçün təsdiqlənmişdi. İndi isə ürək çatışmazlığının müəyyən formalarında da istifadə olunur.
Dərman, ürək və böyrəklərdə iltihab və maye toplanmasına səbəb olan mineralokortikoid reseptorlarının (MR) həddindən artıq aktivliyini bloklayaraq bu proseslərin qarşısını alır.

Əsas fərq:Hormonal yan təsirləri yoxdur.

Əvvəl ürək çatışmazlığı üçün istifadə olunan bəzi dərmanlar (məsələn, spironolakton) hormonal yan təsirlər verirdi: kişilərdə döş böyüməsi, qadınlarda menstrual problemlər kimi.

Kerendia isə steroid deyil, selektiv və qeyri-steroid bir dərmandır. Bu o deməkdir ki, eyni effekti verir, amma hormonal problemlərə səbəb olmur.

Elmi sübut: FINEARTS-HF tədqiqatı

Kerendia-nın ürək çatışmazlığı üçün təsdiqlənməsi FINEARTS-HF adlı böyük klinik araşdırma əsasında baş verib. Nəticələr bunları göstərdi:

·      Ürək-damar səbəbli ölüm və ya xəstənin ürək çatışmazlığı səbəbilə xəstəxanaya düşmə riski 16% azalıb.

·      Ən önəmlisi odur ki, bu təsir qadın, kişi, yaşlı, gənc — bütün pasiyent qruplarında müşahidə olunub. Yəni dərman geniş istifadə üçün uyğundur.

“Bayer” üçün nə ifadə edir?

Kerendia artıq iki böyük tibbi sahədə istifadə olunur: böyrək xəstəliyi və ürək çatışmazlığı.

Bu, “Bayer” üçün strateji və kommersiya baxımından böyük uğurdur.

" } } ] }