FDA əldə xroniki ekzemanın müalicəsi üçün Anzupgo®
(delqositinib) kremi istifadəyə icazə verdi
Dəri xəstəlikləri sahəsində beynəlxalq lider olan LEO
Pharma açıqlayıb ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA)böyüklərdə orta və ağır dərəcəli əldə xroniki ekzemanın yerli müalicəsi
üçün Anzupgo® (delqositinib) 20 mq/q krem preparatını təsdiqləyib.
Bu müalicə, kortikosteroidlərə cavab verməyən və ya onlardan istifadə
edə bilməyən pasiyentlər üçün nəzərdə tutulub.
Əldə xroniki ekzema haqqında
Əldə xroniki ekzema – əl dərisində qaşınma, ağrı,
qabarcıqlar, şişkinlik (ödem) və çatlarla özünü göstərən, davamlı və iltihablı
bir dəri xəstəliyidir.
Bu xəstəlik, insanın gündəlik iş və həyat
fəaliyyətinə əngəl törədə bilər. Dünya üzrə hər 10 yetkin şəxsdən birinə təsir
etdiyi təxmin olunur.
Araşdırmalara görə, əldə xroniki ekzema
olan pasiyentlərin təxminən 70%-i gündəlik işlərdə çətinlik çəkdiyini
bildirir.
Anzupgo nədir?
Anzupgo – steroid tərkibli olmayan, yerli tətbiq olunan
inhibitorudur və əldə xroniki ekzema diaqnozu olan böyüklər üçün hazırlanıb.
Bu krem, JAK-STAT siqnal ötürmə yolunu hədəfə
alaraq JAK1, JAK2, JAK3 və tirozin kinaza 2 (TYK2) fermentlərinin fəaliyyətini
bloklayır. Nəticədə iltihabın yaranması və şiddətlənməsi ilə bağlı mexanizmlər
zəiflədilir.
LEO Pharma-nın baş direktoru Christophe Bourdondeyib:
“Anzupgo, real bir ehtiyacı qarşılayan və insanların həyatına
fayda verən bir müalicə nümunəsidir. Artıq bir sıra ölkələrdə istifadəyə
verildikdən sonra, indi bu dərmanı ABŞ-də də xəstələrin istifadəsinə təqdim etməkdən
qürur duyuruq. Bu təsdiq, çətin müalicə olunan dəri xəstəlikləri üçün yeni
müalicə variantları axtarmaq öhdəliyimizi gücləndirir. Tədqiqatlarda iştirak edən
pasiyentlərə və həkimlərə təşəkkür edirik.”
Anzupgo-nun klinik rolu
Anzupgo, ABŞ-də orta və ağır dərəcəli əldə xroniki ekzemaüçün FDA tərəfindən təsdiqlənmiş ilk və yeganə müalicə üsuludur.
LEO Pharma Şimali Amerika prezidenti Robert Spurrqeyd edib:
“Əldə xroniki ekzema ABŞ-də uzun müddət müalicə
imkanlarının məhdud olması ilə seçilən, böyüklər üçün ciddi problem olan xəstəlikdir.
Anzupgo-nun təsdiqi, bu boşluğu doldurur və bizim tibbi dermatologiyada
qarşılanmamış ehtiyaclara yönəlmiş fəaliyyətimizi təsdiqləyir.”
Anzupgo (delqositinib) haqqında ümumi məlumat
- ABŞ-də
FDA tərəfindən təsdiqlənmiş ilk və yeganə əldə xroniki ekzema müalicəsidir
- Avropa
İttifaqı, Böyük Britaniya, İsveçrə və BƏƏ-də də təsdiqlənmişdir
- Digər
ölkələrdə klinik tədqiqat mərhələsindədir
- FDA
tərəfindən Anzupgo-nun digər JAK inhibitorları və güclü immunosupressiv dərmanlarla
birgə istifadəsi tövsiyə edilmir
Mənbə: https://www.drugs.com/newdrugs/fda-approves-anzupgo-delgocitinib-cream-chronic-hand-eczema-6576.html