• Bizi izləyin:    

9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və vətəndaşların etimad göstərdiyi bir şirkətə çevrilmişdir. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Şirkətin qazandığı uğurların əsas özəlliyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan  

  • keyfiyyət;
  • zaman;
  • müştərilərə diqqət və onlar qarşısında məsuliyyət;
  • humanizm;
  • daimi inkişaf;
  • innovasiya;
  • komanda işi

kimi korporativ dəyərlərdir.