SERTİFİKATLAR

Öz fəaliyyətində yüksək keyfiyyət göstəriciləri və beynəlxalq idarəetmə standartlarına sahib olmaqla, Azərbaycanın əczaçılıq sektorunun aparıcı şirkətlərindən olan ZEYTUN PHARMACEUTİCALS MMC, növbəti uğura imza atmışdır. Belə ki, idarəetmə sistemlərinin keyfiyyət və Avropa standartlarına uyğunluğunu müəyyən edən və bu sahədə sertifikasiyanı həyata keçirən nüfuzlu TÜV AUSTRIA təşkilatı tərəfindən ZEYTUN PHARMACEUTICALS şirkəti, böyük nüfuza malik olan «GDP Management System» və «ISO-9001:2015 Quality Management System»  Beynəlxalq Sertifikatlarına layiq görülmüşdür. Bu sertifikatlar əczaçılıq sahəsində beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiq edən bir sənəddir. Belə ki, Good Distribution Practice – GDP sertifikatı hazırda dünyada dərmanların keyfiyyətini, təhlükəsizliyini və bütövlüyünü qorumaq üçün tələb olunan standartlara uyğun şəkildə daşınmanı nəzərdə tutan, dərmanların paylanma sistemini saxta, təsdiqlənməmiş, qeyri-qanuni idxal, oğurlanmış, saxtalaşdırılmış və ya yanlış markalanmış əczaçılıq məhsullarından qorumaq prinsiplərinə əsaslananır. Qeyd edək ki, ZEYTUN PHARMACEUTICALS Azərbaycan əczaçılıq sektorunda Beynəlxalq GDP sertifikatına sahib olan ilk təşkilatdır.

Zeytun Pharmaceuticals 13 iyul 2021-ci il və 2 noyabr 2023-cü il tarixlərində "ISO 9001:2015 - Keyfiyyət idarəetmə sistemi " sertifikasiyasını müvəffəqiyyətlə keçmişdir.

ISO 9001 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyətli idarəetmə standartıdır.

ISO 9001 beynəlxalq standartında keyfiyyətli idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

Zeytun Pharmaceuticals – sağlamlığınızı düşünən apteklər şəbəkəsi!