• Xəbərlər
  • ZEYTUN PHARMACEUTICALS ŞİRKƏTİ, BÖYÜK NÜFUZA MALİK OLAN «GDP Management System» və «ISO-9001:2015 QualIty Management System» Beynəlxalq Sertİfİkatlarına layİq görülmüşdür
ZEYTUN PHARMACEUTICALS ŞİRKƏTİ, BÖYÜK NÜFUZA MALİK OLAN «GDP Management System» və «ISO-9001:2015 QualIty Management System»  Beynəlxalq Sertİfİkatlarına layİq görülmüşdür
2024-02-01

ZEYTUN PHARMACEUTICALS ŞİRKƏTİ, BÖYÜK NÜFUZA MALİK OLAN «GDP Management System» və «ISO-9001:2015 QualIty Management System» Beynəlxalq Sertİfİkatlarına layİq görülmüşdür

Öz fəaliyyətində yüksək keyfiyyət göstəriciləri və beynəlxalq idarəetmə standartlarına sahib olmaqla, Azərbaycanın əczaçılıq sektorunun aparıcı şirkətlərindən olan ZEYTUN PHARMACEUTİCALS MMC, növbəti uğura imza atmışdır. Belə ki, idarəetmə sistemlərinin keyfiyyət və Avropa standartlarına uyğunluğunu müəyyən edən və bu sahədə sertifikasiyanı həyata keçirən nüfuzlu TÜV AUSTRIA təşkilatı tərəfindən ZEYTUN PHARMACEUTICALS şirkəti, böyük nüfuza malik olan «GDP Management System» və «ISO-9001:2015 Quality Management System»  Beynəlxalq Sertifikatlarına layiq görülmüşdür. Bu sertifikatlar əczaçılıq sahəsində beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiq edən bir sənəddir. Belə ki, Good Distribution Practice – GDP sertifikatı hazırda dünyada dərmanların keyfiyyətini, təhlükəsizliyini və bütövlüyünü qorumaq üçün tələb olunan standartlara uyğun şəkildə daşınmanı nəzərdə tutan, dərmanların paylanma sistemini saxta, təsdiqlənməmiş, qeyri-qanuni idxal, oğurlanmış, saxtalaşdırılmış və ya yanlış markalanmış əczaçılıq məhsullarından qorumaq prinsiplərinə əsaslananır. Qeyd edək ki, ZEYTUN PHARMACEUTICALS Azərbaycan əczaçılıq sektorunda Beynəlxalq GDP sertifikatına sahib olan ilk təşkilatdır.

Tövsiyyə edirik