Qan ver! Həyat qurtar!
2020-05-05

Qan ver! Həyat qurtar!

    02.05.2020 tarixində Mərkəzi Qan Bankında "Sağlamlığınızı Düşünən Apteklər şəbəkəsi" sloqanı altında talassemiya,leykoz,qan xərçəngi və digər qan xəstəliyindən əziyyət çəkən (əksəriyyət azyaşlılar) xəstələrə dəstək məqsədi ilə qan vermə aksiyası baş tutmuşdur. Bu aksiyada Zeytun Pharma heyəti, əczaçılar və provizorlar iştirak etmişlər.
    Səhər saatlarından başlayan aksiya gecə saat 22.30-a qədər davam etmişdir. Aksiyaya 140-a yaxın donor qatılmışdır. Aksiya iştirakçıları fəallığı, yüksək əhval ruhiyyə və nizam-intizamı ilə seçilmişdir.
Ramazan ayında bu aksiyanın təşkil olunması xəstələrə ikiqat sevinc bəxş edəcəkdir, çünki bu aylarda xəstələrə qan daha çox ehtiyac olur. Bir damla qan,bir həyatın xilası deməkdir.
    Qanvermə aksiyamıza qoşulan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

Tövsiyyə edirik