Biozek D sürətli testİ
D vitamini testini necə aparmaq olar? Biozek D sürətli testi sadə şəkildə Vitamin D çatışmazlığını yoxlamaq üçün istifadə edilə bilər! Vitamin D...
“Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin 10 illiyidir.
İnsanların sağlamlığını düşünərək yola çıxan şirkət 2014-cü ilin oktyabrın 9-da fəaliyyətə başlamışdır. Peşəkarlığı ilə seçilən şirkət, vətəndaşlara və tibb müəssisələrinə mükəmməl xidmətlər təklif edir. Şirkətin əsas məqsədi hər zaman yüksək keyfiyyətli məhsullar təqdim etmək, müştərilərin etimadını qazanmaq və insan sağlamlığını qorumaq olub.
Şirkət 10 il ərzində beynəlxalq standartlara uyğun fəaliyyətini genişləndirərək, sektorun aparıcı şirkətlərindən birinə çevrilib. Bu uğurlu yolun ən önəmli göstəricilərindən biri isə bu il əldə olunan beynəlxalq GDP (Good Distribution Practice) sertifikatıdır. Bu sertifikat “Zeytun Pharmaceuticals” MMC-nin dərman vasitələrinin idxalı, saxlanması, paylanması prosesində və distribüsiyasında beynəlxalq keyfiyyət standartlarına tam riayət etdiyini bir daha təsdiqləyir.
Bu əlamətdar tarixi qeyd edərkən, son on il ərzində qazandığımız uğurlar, keçdiyimiz inkişaf yolu və əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq. Uğurlarımızda əməyi keçən bütün komanda üzvlərimizə, tərəfdaşlarımıza və müştərilərimizə dərin minnətdarlığımızı bildiririk. Qarşıdakı illərdə də müştərilərimizə daha yüksək keyfiyyətli xidmət göstərməyə və innovativ həllərlə təmin etməyə davam edəcəyik. Birlikdə daha böyük zirvələrə doğru irəliləmək arzusu ilə !