Biozek D sürətli testİ
D vitamini testini necə aparmaq olar? Biozek D sürətli testi sadə şəkildə Vitamin D çatışmazlığını yoxlamaq üçün istifadə edilə bilər! Vitamin D...
"Zeytun Pharmaceuticals " şirkəti Tibb Universitetinin Əczaçılıq fakultəsinin Bakalavr və Magistr tələbələri ilə səhər yeməyində görüş keçirdib. Görüşün əsas məqsədi geniş fikir mübadiləsinin aparılması, tələbələrin gələcək karyeralarını hansı istiqamətdə davam etdirmələri barədə müzakirələrin edilməsi idi. Bundan əlavə görüşdə " Zeytun Pharmaceuticals " şirkətinin tələbələr üçün mövcud iş, təcrübə imkanlarının diqqətə çatdırılması , yaratdığı karyera imkanları və təklifləri haqqında məlumat verilib. Həmçinin görüşdə əməkdaşlarımız tərəfindən tələbələrə bir sıra məlumat və tövsiyələr təqdim edilib.Bu görüş tələbələrdə yüksək marağa səbəb olub və onların çoxsaylı sualları ətrafında müzakirələrlə davam edib.