Stress, insan orqanizminin xarici mühitə
uyğunlaşması üçün verdiyi cavab reaksiyasıdır. Qısa müddətli stress bəzi
hallarda faydalı ola bilər – məsələn, təhlükəli vəziyyətlərdə sizi daha diqqətli
edir və qərarvermə qabiliyyətinizi artırır. Lakin uzunmüddətli, yəni xroniki
stress isə tam əksinə, zehni və fiziki sağlamlığa ciddi təsirlər göstərə bilər.
Beyin və Stressin Əlaqəsi
Beynimiz stresli vəziyyətlərdə kortizolvə adrenalin hormonlarını ifraz edərək orqanizmi hərəkətə keçirir. Lakin
müasir həyatın təzyiqləri səbəbindən bəzən bu sistem həddindən artıq aktiv olur
və beynimiz daim stres siqnalları göndərməyə davam edir.
Xroniki Stressin Beyinə və Orqanizmə Təsiri
Gizli və uzunmüddətli stress təkcə
psixoloji deyil, həm də fiziki sağlamlığa ciddi təsir göstərir.
Xroniki Stressin Əsas Simptomları
- Daimi yorğunluq və enerji çatışmazlığı
- Yaddaş problemləri və diqqət dağınıqlığı
- Yuxu pozuntuları
- Baş ağrıları və migren
- İmmunitetin zəifləməsi
- Həzm problemləri
İş həyatı, sosial təzyiqlər və maliyyə
problemləri insanların beynində gizli stressin yaranmasına səbəb ola bilər.
Beyin Niyə Həmişə Stress Halında Olur?
Bunun bir neçə əsas səbəbi var.
1. Beynin Təhlükəyə Qarşı Müdafiə Mexanizmi
Beynimiz qədim dövrlərdən bəri təhlükəni dərhal
hiss edib reaksiya vermək üçün inkişaf edib. Bu, insanın sağ qalmasına kömək
edib. Lakin bu gün təhlükələr fiziki yox, daha çox emosional və psixoloji
xarakter daşıyır.
2. Daimi İnformasiya Axını və Texnologiya Stresi
Mobil telefonlar, sosial media və xəbər
axınları beyin üçün daimi stres mənbəyinə çevrilib. Gündəlik olaraq həddindən
artıq məlumat qəbul edirik və bu, beyin üçün əlavə yüklənmə yaradır.
3. Qidalanma və Həyat Tərzi Faktorları
Sağlam olmayan qidalanma, fiziki aktivliyin
az olması və yuxusuzluq da beyin üçün əlavə yük yaradır.
Stresi Azaltmaq və Beyninizi Rahatlatmaq Üçün Nələr Etmək Olar?
Xroniki stressi idarə etmək mümkündür.
Bunun üçün həyat tərzinizi dəyişmək və sinir sisteminizi dəstəkləmək üçün bəzi
metodlardan istifadə edə bilərsiniz.
1. Düzgün Qidalanma
Beyninizi sakitləşdirmək və sinir
sisteminizi gücləndirmək üçün Omega-3 yağ turşuları, maqnezium və B qrup
vitaminləri ilə zəngin qidalar istehlak edin.
2. Fiziki Aktivlik
Müntəzəm idman və fiziki hərəkətlər stressi
azaldır, endorfin (xoşbəxtlik hormonu) səviyyəsini artırır və beyinin fəaliyyətini
yaxşılaşdırır.
3. Meditasiya və Nəfəs Texnikaları
Meditasiya və düzgün nəfəs alma üsulları
beyin dalğalarını sakitləşdirir və kortizol səviyyəsini aşağı salır.
4. Keyfiyyətli Yuxu
Gündəlik yuxu saatlarına diqqət yetirin.
Yetərli yuxu almamaq kortizol səviyyəsini yüksəldir və beynin stressə
daha həssas olmasına səbəb olur.
5. Tanakan ilə Sinir Sisteminizi Dəstəkləyin
Sinir sisteminin sağlam olması üçün əlavə dəstək
vacibdir. Tanakan, beyin qan dövranını yaxşılaşdırmağa kömək edən təbii
tərkibli preparatdır. Tanakan beyinin oksigenlə təmin olunmasını artırır,
yaddaşı və diqqəti gücləndirir, stresə qarşı müdafiəni yüksəldir.
Diqqət! Hər
hansı bir dərman və ya bioloji aktiv vasitə qəbul etməzdən əvvəl mütləq həkimlə
məsləhətləşin.
Beyninizi Stressdən Necə Qurtara Bilərsiniz?
Gizli stressin həyatımıza təsiri böyükdür,
lakin bu təsirləri idarə etmək mümkündür. Sağlam həyat tərzi, balanslı
qidalanma və beyin sağlamlığını dəstəkləyən vasitələrlə siz beyninizi stressdən
qoruyub daha rahat və balanslı bir həyat sürə bilərsiniz.
Əgər siz də sinir sisteminizi dəstəkləmək və
stresin təsirlərini azaltmaq istəyirsinizsə, Tanakan sizin üçün ideal
seçim ola bilər. Daha çox məlumat üçün həkimə müraciət edin!