Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Şirkət haqqında

"Sizin sağlamlığınızı düşünən apteklər şəbəkəsi" şüarı ilə 9 oktyabr 2014-cü ildə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” peşəkar komandası, yüksək keyfiyyətli dərmanları və xidmətləri ilə qısa müddətdə Azərbaycanın əczaçılıq sektorunda lider mövqeyə yüksəlmiş və istehlakçıların etibarını qazanmış bir şirkətə çevrilmişdir.

Şirkətin məqsədi həm dövlət, həm də özəl səhiyyə sektorlarında fəaliyyət göstərən tibb müəssisələrinə və bütövlükdə əhaliyə idxal etdiyi yüksək keyfiyyətli əczaçılıq məhsulları təqdim etməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə yerinə yetirmək üçün şirkət əməkdaşları yorulmadan çalışırlar.

Azərbaycan vətəndaşlarının sağlam həyat tərzinə nail olmaları üçün şirkətin portfelinə daxil olan əczaçılıq məhsullarının əlçatanlığını təmin etmək məqsədilə fəaliyyət yalnız Bakı şəhəri ilə məhdudlaşmır, bütün Azərbaycan regionlarını əhatə edir. Avtomobillərdən ibarət olan logistik mərkəz “Zeytun Pharmaceuticals”ın tərəfdaşlarına ölkə üzrə operativ və keyfiyyətli çatdırılmanı təmin edir.

Şirkətin uğurlarının əsasını təşkil edən peşəkar idarəetmə standartları və ona əsaslanan korporativ dəyərlər aşağıdakılardır:

Keyfiyyət
Zaman
Müştəriyə diqqət və məsuliyyət
Humanizm
Davamlı inkişaf
İnnovasiya
Komanda işi

Bu gün “Zeytun Pharmaceuticals” Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və digər nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və tərəfdaşlar siyahısını daim genişləndirir.

Sizin sağlamlığınızı düşünən apteklər şəbəkəsi – Zeytun Pharmaceuticals.

Müasir səhiyyə sektorunda etibarlı və effektiv təchizat zənciri olduqca vacibdir. Hazırda bu sahədə lider olan və peşəkarlığı ilə seçilən “Zeytun Pharmaceuticals” vətəndaşlara, tibb müəssisələrinə, klinikalara və xəstəxanalara yüksək keyfiyyətli xidmət göstərir.

Zeytun Pharmaceuticals təchizat zəncirinin idarə olunmasını mükəmməl şəkildə həyata keçirir.

Zeytun Pharmaceuticals” dərman və tibbi məhsulların saxlanması, daşınması və paylanması prosesində mükəmməl təchizat zənciri idarəçiliyi ilə fərqlənir. Müasir anbar sistemləri, qabaqcıl izləmə texnologiyaları və avtomatlaşdırılmış idarəetmə sayəsində hər bir məhsul təhlükəsiz və sistemli şəkildə nəzarət altında saxlanılır. Bu, müştərilərə tələb olunan məhsulun doğru zamanda çatdırılmasını təmin edir.

Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunması

Böyük əczaçılıq şirkəti təkcə effektiv təchizat zəncirini idarə etməklə kifayətlənmir, həm də yüksək təhlükəsizlik və keyfiyyət standartlarına tam uyğun olmalıdır.

Keyfiyyət göstəriciləri və beynəlxalq idarəetmə standartlarını fəaliyyətinə tətbiq edən Azərbaycanın aparıcı əczaçılıq şirkətlərindən biri olan “Zeytun Pharmaceuticals” növbəti uğurunu əldə etmişdir. Belə ki, şirkət, idarəetmə sistemlərinin keyfiyyətə və Avropa standartlarına uyğunluğunu müəyyən edən nüfuzlu TÜV AUSTRIA təşkilatından “GDP Management System” və “ISO-9001:2015 Quality Management System” beynəlxalq sertifikatlarını almışdır.

Bu sertifikatlar əczaçılıq sahəsində beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiq edən sənədlərdir. Good Distribution Practice – GDP sertifikatı, dünyada dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və bütövlüyünün qorunması üçün tələb olunan standartlara uyğun daşınmasını nəzərdə tutur və saxta, qeyri-qanuni idxal edilən, oğurlanmış və ya düzgün etiketlənməmiş dərman məhsullarının yayılmasının qarşısını alır.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” Azərbaycanda əczaçılıq sektorunda beynəlxalq GDP sertifikatına sahib ilk təşkilatdır.

Zeytun Pharmaceuticals hər zaman müştəri məmnuniyyətinə yönəlmiş xidmətlər təqdim etməyə çalışır.

Şirkət müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi hədəfləyir. Çevik təchizat qrafikləri, çağrı mərkəzi, sürətli və etibarlı çatdırılma, eləcə də müştəri tələblərinə uyğun fərdi həllər təqdim edərək “Zeytun Pharmaceuticals” daim müştəri ehtiyaclarını prioritet hesab edir.

Nəticə etibarilə, “Zeytun Pharmaceuticals” təchizat zəncirinin mükəmməl idarə olunması, təhlükəsizlik standartlarına riayət edilməsi və müştəri məmnuniyyəti yönümlü xidmət yanaşması ilə bazar lideridir. Şirkət, səhiyyə sektorunun əsas ehtiyaclarını etibarlı və effektiv şəkildə qarşılamaqla ictimai sağlamlığın qorunmasına töhfə verməyə davam edir.