Dürüstlük
Böyük uğurların əldə edilməsi üçün “Zeytun Pharmaceuticals” dürüstlüyü əsas dəyər hesab edir. Bu prinsip “Zeytun Pharmaceuticals” üçün biznesi davamlı olaraq təkmilləşdirən, həmçinin partnyorların etibarını və hörmətini qazanmağa kömək edən əsas amillərdəndir.
Keyfiyyət
Keyfiyyət anlayışımızın mərkəzində ən yüksək standartlara cavab verən etibarlı və effektiv dərman vasitələrinin təqdim edilməsi dayanır.
Müştəriyönümlülük
Müştərilərimizin gözləntilərini qarşılamaq üçün xidmət keyfiyyətimizi və müştəri təcrübəmizi daim təkmilləşdiririk. Biz müştərilərimizə həssas, tez və effektiv şəkildə xidmət göstərməyi hədəfləyirik.
Performans
Təqdim etdiyi məhsulun orijinallığı, təhlükəsiz, effektiv və yüksək keyfiyyəti “Zeytun Pharmaceuticals”-ın inkişafının və cari performansının əsas amilidir.
İnnovasiya
Sektordakı yenilikləri izləyərək, texnologiya və rəqəmsal həllərdən səmərəli istifadə edərək daim daha təsirli və səmərəli xidmətlər təqdim etmək.