Rəhbərin mesajı
Bizim
üçün əsas prinsip – güvən, keyfiyyət və əlçatanlıqdır. Fəaliyyətimizdə hər
zaman yüksək standartları qoruyaraq, sizlərə yalnız təsdiqlənmiş, etibarlı məhsullar
təqdim edirik. Əczaçılarımızın, həkimlərimizin və səhiyyə sahəsində fəaliyyət
göstərən bütün tərəfdaşlarımızın yanında olmaq bizim üçün sadəcə peşəkar bir məsuliyyət
deyil, eyni zamanda mənəvi borcdur.
İllərdir
ki, sektorda güvənilən bir ad olmaqla fəxr edirik . Lakin bizim üçün uğur
yalnız rəqəmlərlə ölçülmür – uğur, insanların sağlamlığına töhfə vermək və səhiyyə
sahəsində dayanıqlı bir sistemin qurulmasına dəstək olmaq deməkdir. Sizin bizə
olan etibarınız sayəsində daha da böyüyür, innovativ həllər yaradır və xidmətlərimizi
genişləndiririk.
Sağlam gələcək birlikdə qurulur. Zeytun Pharmaceuticals MMC olaraq, hər zaman sizin yanınızda olmaqdan qürur duyuruq! Bizimlə bu yolda addımlayan hər kəsə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Bəhruz Şirəliyev
