Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals 3-cü Milli Dermatovenerologiya Konfransında!

Zeytun Pharmaceuticals 3-cü Milli Dermatovenerologiya Konfransında iki brendlə təmsil olunub

31 oktyabr 2026-cı il tarixində Baku Marriott Hotel Boulevard-da Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyətinin 3-cü Milli Konfransı keçirilib.

Zeytun Pharmaceuticals tədbirdə NOREVA və NumisMed dermokosmetika brendləri ilə təmsil olunub.

Konfrans çərçivəsində hər iki brendin məhsul çeşidi dermatoloqlara və digər tibb mütəxəssislərinə təqdim edilib, məhsulların xüsusiyyətləri və dəriyə qulluq sahəsində istifadə imkanları barədə məlumat verilib.

Tədbir brendlərin peşəkar tibbi auditoriya arasında tanıdılması, dermatologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərlə birbaşa ünsiyyətin qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.

Zeytun Pharmaceuticals səhiyyə sahəsində peşəkar əlaqələrin inkişafına və tərəfdaş brendlərinin tanıdılmasına yönəlmiş təşəbbüslərdə iştirakını davam etdirir.

" } } ] }