Zeytun Pharmaceuticals nümayəndələri Gəncə şəhərində
yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə Karyera və Peşə
İnkişafı mövzusunda görüş keçiriblər.
Görüş zamanı tələbələrə əczaçılıq sektorunda
karyera imkanları, peşəkar inkişaf yolları, real iş mühiti və sahədə tələb
olunan əsas bacarıqlar barədə ətraflı məlumat verilib. Eyni zamanda gənclərin əmək
bazarına hazırlığı, bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi
mövzuları müzakirə olunub.
Tədbir interaktiv formatda baş tutub, tələbələrin
sualları cavablandırılıb və onların gələcək peşə planları ilə bağlı praktiki
tövsiyələr paylaşılıb. Görüş, tələbələrin karyera seçimlərini daha şüurlu şəkildə
formalaşdırmalarına dəstək məqsədi daşıyıb.
Zeytun Pharmaceuticals üçün gənclərlə erkən mərhələdə
əlaqə qurmaq, onların peşəkar inkişafına töhfə vermək və yerli kadr
potensialının gücləndirilməsi prioritet istiqamətlərdəndir. Şirkət gələcəyin
mütəxəssislərinə investisiya etməyə və bu istiqamətdə təşəbbüslərini davam
etdirməyə davam edir.