Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

“YAŞAT” Fonduna Birlikdə Dəstək Olaq!

“YAŞAT” Fonduna Birlikdə Dəstək Olaq! İanə etmək üçün linkə daxil olun

Zeytun Pharmaceuticals sosial məsuliyyət missiyası çərçivəsində “YAŞAT” Fondu ilə əməkdaşlıq edərək Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və müharibədən zərər görmüş vətəndaşlara dəstək məqsədli kampaniyaya qoşulur.

“YAŞAT” Fondu Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmət etmiş qəhrəmanlarımızın ailələrinə və yaralanmış qazilərimizə yardım göstərmək məqsədilə fəaliyyət göstərir.

Zeytun Pharmaceuticals illərdir “YAŞAT” Fondu ilə əməkdaşlıq edir və bu təşəbbüs çərçivəsində həm korporativ, həm də ictimai səviyyədə dəstək göstərməyə davam edir.

Biz birlikdə daha güclüyük. Gəlin, YAŞAT Fondu üçün birlik olaq!