APTEKLƏR ÜÇÜN RƏQƏMSAL HƏLL
Zeytun şəbəkəsinə daxil olan apteklərin rəhbərləri və əczaçıları üçün mobil tətbiq gündəlik işlərin idarə olunmasına dəstək verir. Apteklər üzrə məlumatlara baxmaq, sənədlərlə işləmək və müraciət göndərmək telefondan mümkündür.
Tətbiq hansı işlərdə kömək edir?
- Apteklərə vahid nəzarət
Apteklərinizlə bağlı məlumatları bir ekranda izləyin.
- Qaimələrin idarə olunması
Alış və iadə qaimələrini filtrləyin, yoxlayın və PDF formatında yükləyin.
- Üzləşmə
Altı aylıq dövr üzrə alış, satış və iadə əməliyyatlarına tarixə görə baxın.
- İadə şərtləri
Məhsulun adına görə ona aid qaytarılma şərtlərini öyrənin.
- Şikayət və təkliflər
Müraciətlərinizi aidiyyəti şəxslərə e-poçt vasitəsilə göndərin.
- Əczaçı bonusu
Aktiv bonuslarınızı izləyin.
Yükləyin və imkanlarla tanış olun
Zeytun mobil tətbiqi iOS və Android platformaları üçün mövcuddur. Telefonunuza uyğun keçidi seçərək tətbiqi yükləyə və ya yeniləyə bilərsiniz.