Zeytun
Pharmaceuticals 3-cü Milli Dermatovenerologiya Konfransında iki brendlə təmsil
olunub
31 oktyabr
2026-cı il tarixində Baku Marriott Hotel Boulevard-da Azərbaycan
Dermatoveneroloqlar Elmi Cəmiyyətinin 3-cü Milli Konfransı keçirilib.
Zeytun
Pharmaceuticals tədbirdə NOREVA və NumisMed dermokosmetika brendləri ilə təmsil
olunub.
Konfrans çərçivəsində
hər iki brendin məhsul çeşidi dermatoloqlara və digər tibb mütəxəssislərinə təqdim
edilib, məhsulların xüsusiyyətləri və dəriyə qulluq sahəsində istifadə
imkanları barədə məlumat verilib.
Tədbir brendlərin
peşəkar tibbi auditoriya arasında tanıdılması, dermatologiya sahəsində fəaliyyət
göstərən mütəxəssislərlə birbaşa ünsiyyətin qurulması və əməkdaşlıq
imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Zeytun
Pharmaceuticals səhiyyə sahəsində peşəkar əlaqələrin inkişafına və tərəfdaş
brendlərinin tanıdılmasına yönəlmiş təşəbbüslərdə iştirakını davam etdirir.