Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə Karyera və Peşə İnkişafı görüşü keçirilib

Zeytun Pharmaceuticals nümayəndələri Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə Karyera və Peşə İnkişafı mövzusunda görüş keçiriblər.

Görüş zamanı tələbələrə əczaçılıq sektorunda karyera imkanları, peşəkar inkişaf yolları, real iş mühiti və sahədə tələb olunan əsas bacarıqlar barədə ətraflı məlumat verilib. Eyni zamanda gənclərin əmək bazarına hazırlığı, bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi mövzuları müzakirə olunub.

Tədbir interaktiv formatda baş tutub, tələbələrin sualları cavablandırılıb və onların gələcək peşə planları ilə bağlı praktiki tövsiyələr paylaşılıb. Görüş, tələbələrin karyera seçimlərini daha şüurlu şəkildə formalaşdırmalarına dəstək məqsədi daşıyıb.

Zeytun Pharmaceuticals üçün gənclərlə erkən mərhələdə əlaqə qurmaq, onların peşəkar inkişafına töhfə vermək və yerli kadr potensialının gücləndirilməsi prioritet istiqamətlərdəndir. Şirkət gələcəyin mütəxəssislərinə investisiya etməyə və bu istiqamətdə təşəbbüslərini davam etdirməyə davam edir.

" } } ] }