Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Azərbaycan Uşaq Endokrinologiyası Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi keçirilib

7 oktyabr 2025-ci il tarixində Badamdar Hotel & Residences-də Azərbaycan Uşaq Endokrinologiyası Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə 1-ci Beynəlxalq Uşaq Endokrinologiyası Konqresi baş tutub.

Tədbir “Beynəlxalq Diabet Federasiyası” və “Beynəlxalq Uşaq və Yeniyetmə Diabet Cəmiyyəti”nin iştirakı ilə keçirilib və 9 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya olunub.

Konqresdə şəkərli diabet, boy patologiyaları, tireoid xəstəlikləri, cinsi inkişaf pozğunluqları və endokrin xəstəliklərin psixoloji aspektləri mövzularında 6 panel müzakirəsi aparılıb.
Yerli və beynəlxalq mütəxəssislər — Prof. Dr. Alicia Jenkins, Prof. Dr. Kim Donaghue, Dos. t.e.d. Gündüz Əhmədov, Prof. Dr. Nailə Sultanova və digərləri — sahə üzrə ən son elmi yenilikləri təqdim ediblər.

Konqres, uşaq endokrinologiyası sahəsində bilik və təcrübə mübadiləsinə, beynəlxalq əməkdaşlıqların gücləndirilməsinə mühüm töhfə verib.