Tələblər:
- Ali təhsil (maliyyə və ya
mühasibatlıq ixtisası üzrə olması arzuolunandır);
- Müvafiq sahədə ən azı 2 illik
korporativ iş təcrübəsi;
- Analitik təhlil və strateji düşünmə
qabiliyyəti, habelə müşahidə bacarıqları;
- Komanda ilə işləmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları;
- MS Office bilikləri
- Word, Excel yaxşı səviyyədə.
Vəzifə öhdəlikləri:
- Audit layihəsi çərçivəsində tələb
olunan məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
- Sahə üzrə əsas risklərin müəyyən
edilməsi və risk əsaslı yoxlamaların həyata keçirilməsi;
- Departamentin fəaliyyətinə dair
hesabatların hazırlanması və sənədləşmələrin aparılması;
- Audit proqramına uyğun olaraq audit
yoxlamalarında iştirak;
- Audit layihəsi üzrə müəyyən edilmiş
prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə
məlumat verilməsi.
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi
(Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan
18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən
təmin olunur;
- Əməkhaqqı vəzifəyə və təcrübəyə uyğun
təyin ediləcək.
Əgər müvafiq tələblərə cavab verirsinizsə,
CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və
“subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz
xahiş olunur.