Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

E-kommers üzrə mütəxəssis

Tələblər:

  • Ali təhsil (əczaçılıq, tibb, biologiya, kimya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (e-kommers, onlayn satış və ya rəqəmsal kanallar üzrə);

  • E-kommers prosesləri ilə yanaşı dərman və tibbi məhsullar üzrə əsas biliklər;

  • Məhsulların qeydiyyat statusu, reseptlə və ya reseptsiz satışı, istifadə sahəsi və məhdudiyyətləri barədə anlayış;

  • Rəqəmsal marketinq alətləri üzrə biliklər (Sosial media və affiliate marketinq — üstünlükdür);

  • E-kommers layihələrinin planlanması və icrasında təcrübə;

  • Məhsul, qiymət və satış analizi aparmaq bacarığı;

  • Analitik düşüncə tərzi, yüksək məsuliyyət, stressə davamlılıq;

  • Komanda ilə işləmək və nəticəyönümlü yanaşma.

 

Vəzifə öhdəlikləri:

  • Şirkətə məxsus e-kommers platformasında yerləşdirilən məhsulların tibbi və regulyativ tələblərə uyğunluğuna nəzarət;
  • Məhsulların qeydiyyatlı olub-olmaması, resept statusu və təsvirlərinin düzgünlüyünün təmin edilməsi;
  • E-kommers platformasının gündəlik idarə olunması və optimizasiyası;
  • Onlayn satışların artırılması məqsədilə kampaniyaların planlanması və icrası (mövcud qanunvericilik çərçivəsində);
  • Məhsul, kampaniya və satış performansının təhlili, nəticələrə əsaslanan təkliflərin hazırlanması;
  • Partnyorlarla (marketplace, texniki tərəfdaşlar və s.) əməkdaşlıq və proseslərə nəzarət
  • Sosial media və digər rəqəmsal kanallarda e-kommers fəaliyyətinin tibbi və etik qaydalara uyğunluğunun təmin edilməsi;
  • E-kommers fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 93);

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00 - 18:00;

  • Nahar şirkət tərəfindən təmin olunur;

  • Tibbi sığorta;

  • Peşəkar təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti;

  • Əmək haqqı müsahibə əsasında müəyyən olunur.

 

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə E-kommers üzrə mütəxəssis qeyd etməklə hrdepartment@zeytunpharma.az  e-mail elektron ünvanına göndərə bilərlər.