29 aprel tarixində Zeytun Pharmaceuticals 1 nömrəli Bakı Baza Tibb Kollecində keçirilən əmək yarmarkasında iştirak edərək tələbələrlə bir araya gəldi. Tədbir çərçivəsində gələcəyin əczaçılarına Zeytun Pharmaceuticals haqqında ətraflı məlumat təqdim olundu. Şirkətin fəaliyyət istiqamətləri, əczaçılıq sahəsində rolu, karyera imkanları və peşəkar inkişaf perspektivləri tələbələrin diqqətinə çatdırıldı. Görüş zamanı tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran suallara cavab almaq və əczaçılıq sahəsində karyera qurmaq imkanları haqqında daha geniş məlumat əldə etmək fürsəti qazandılar. Tələbələrin aktiv iştirakı, maraqlı sualları və peşəyə olan həvəsi tədbirin əsas diqqətçəkən məqamlarından oldu. Zeytun Pharmaceuticals gənc mütəxəssislərin karyera yolunda dəstəklənməsini və əczaçılıq sahəsində peşəkar kadrların yetişdirilməsinə töhfə verməyi öz fəaliyyətinin önəmli istiqamətlərindən biri hesab edir. Şirkət gələcəkdə də tələbələr və gənc mütəxəssislərlə keçirilən bu cür görüşlərdə iştirak etməklə onların inkişafına dəstək olmağa davam edəcək. Zeytun Pharmaceuticals — gələcəyin əczaçıları ilə birlikdə!