Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Marketinq üzrə mütəxəssis

Tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili – üstünlükdür;

  • Güclü analitik düşüncə, məsuliyyətlilik və punktuallıq;

  • Kreativ və innovativ yanaşma;

  • Marketinq alətləri və kanalları üzrə geniş biliklər, o cümlədən rəqəmsal marketinq üzrə təcrübə;

  • Retail, e-kommers və partnyor platformaları ilə işləmə proseslərinə ümumi anlayış.

Əsas vəzifə öhdəlikləri:

Marketinq və retail fəaliyyəti

  • Rəqiblərin qiymət strategiyalarının təhlili və aylıq əsasda Kateqoriya şöbəsinə qiymət təkliflərinin hazırlanması;

  • Apteklərdə marketinq aktivliklərinin planlanması, icrası və monitorinqi;

  • Merchandising materiallarına, lightbox və POS yerləşdirmələrinə nəzarət;

  • Promo materialların hazırlanması üçün dizayner və podratçılarla koordinasiya;

  • Apteklərin interyer və eksteryer dizayn işləri üzrə marketinq nəzarətinin həyata keçirilməsi.

Partnyor və layihə koordinasiyası

  • Potensial və mövcud tərəfdaşlarla birgə marketinq aksiyaları üzrə danışıqların aparılması;

  • Marketinq layihələri üzrə görüşlərin təşkili, razılaşmaların icrasına nəzarət;

  • Aksiyalarda iştirak edən məhsullar, şərtlər və müddətlər üzrə razılaşdırmaların aparılması;

  • Aksiyaların nəticələri üzrə tərəfdaşlara hesabat və geridönüşlərin təqdim edilməsi.

Rəqəmsal və e-kommers koordinasiyası (dəstək səviyyəsində)

  • E-kommers və marketplace platformalarında (məs. Wolt və oxşar sistemlər) marketinq aksiyalarının işə salınması və monitorinqi;

  • Apteklərin onlayn kanallarda düzgün görünməsi və marketinq tərəfdən operativliyinə nəzarət;

  • Rəqəmsal platformalarda kampaniya və satış nəticələrinin təhlili və aidiyyəti komandalarla paylaşılması;

  • Texniki komandalar və partnyorlarla marketinqə təsir edən məsələlər üzrə koordinasiya (icra yox, nəzarət funksiyası).

Hesabatlılıq və nəzarət

  • Marketinq və retail aktivlikləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Marketinq büdcəsi çərçivəsində xərclərin planlanması və icrasına nəzarət.

 

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 93);

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00 - 18:00;

  • Nahar şirkət tərəfindən təmin olunur;

  • Tibbi sığorta;

  • Əmək haqqı müsahibə əsasında müəyyən olunur.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.