Zeytun Pharmaceuticals MMC | Marketinq şöbəsi
Vəzifənin məqsədi apteklərdə marketinq fəaliyyətlərinin, çap və promo materiallarının, tədbir və çəkilişlərin təşkilini və vaxtında icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
- Zeytun və Pharmastore apteklərində təsdiqlənmiş marketinq kampaniyalarının və promo fəaliyyətlərin icrasını koordinasiya etmək.
- Poster, flayer, stiker, rəf və digər aptekdaxili reklam materialları üzrə ehtiyacları toplamaq, say və yerləşdirmə planlarını hazırlamaq.
- Dizaynerlərə məzmun, ölçü və texniki tələblər üzrə aydın briflər vermək, materialları təsdiqə təqdim etmək.
- Çap və istehsal işlərini Təchizat departamenti ilə koordinasiya etmək, materialların keyfiyyətini, vaxtında hazırlanmasını, çatdırılmasını və düzgün yerləşdirilməsini izləmək.
- Promo və hədiyyə məhsulları üzrə ehtiyacları planlaşdırmaq, nümunələrin sifarişdən əvvəl təsdiqə təqdim olunmasını və sifariş prosesinin koordinasiyasını təmin etmək.
- Tədbir, konfrans, sərgi və aptek açılışları üzrə təşkilati işləri, stend və material təminatını, logistika və quraşdırılma proseslərini koordinasiya etmək.
- Apteklərin fasad, giriş və daxili brendləşmə materialları üzrə dizayn və tətbiq işlərini aidiyyəti şöbələrlə əlaqələndirmək.
- Foto və video çəkilişləri üçün apteklərlə əlaqə saxlamaq, iştirakçıları və vaxtları razılaşdırmaq, təşkilati hazırlığı təmin etmək.
- Promo və çap materiallarının qalıq və paylanma uçotunu aparmaq, görülən işlər və təsdiqlənmiş büdcə üzrə xərclər barədə hesabat hazırlamaq.
- Tapşırıqların icra müddətlərini izləmək, gecikmə və problemləri vaxtında bildirmək, vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil (marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya digər müvafiq sahələr üzrə).
- Marketinq, retail marketinqi və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi.
- Çap və promo materialları, təchizatçılar və tədbirlərin təşkilati işləri ilə bağlı praktiki təcrübə.
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus və ingilis dili biliyi üstünlükdür.
- MS Office, xüsusilə Excel və PowerPoint ilə işləmək, uçot və hesabat hazırlamaq bacarığı.
- Bir neçə işi paralel planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və intensiv iş rejimində son tarixlərə riayət etmək bacarığı.
- Güclü təşkilatçılıq və ünsiyyət bacarığı, detallara diqqət, operativlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri – BEGOC Biznes Mərkəzi (Bakı şəh., Zərifə Əliyeva küç., 93).
- Tibbi sığorta və nahar.
- Peşəkar təlim və inkişaf imkanları.
Müraciət qaydası
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Marketinq və retail üzrə mütəxəssis” qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron poçt ünvanına göndərə bilərlər.