Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Merck Sharp & Dohme (MSD) şirkətinin qabaqcıl immunoterapevtik preparatı olan Keytruda® artıq Azərbaycanda rəsmi şəkildə mövcuddur.

MSD şirkəti və Zeytun Pharmaceuticals əməkdaşlığı ilə Keytruda® artıq Azərbaycanda rəsmi olaraq mövcuddur.

MSD şirkəti Zeytun Pharmaceuticals MMC-ni ölkədə yeganə və rəsmi tərəfdaşı kimi seçərək, bu innovativ preparatın idxalı, saxlanması və logistikasını ona etibar etmişdir. Zeytun Pharmaceuticals MMC Merck Sharp & Dohme (MSD) şirkəti ilə birbaşa müqavilə əsasında əməkdaşlıq edir və Keytruda® preparatının Azərbaycana təhlükəsiz və beynəlxalq standartlara uyğun şəkildə gətirilməsinə, saxlanılmasına və son istifadəçiyə çatdırılmasına tam məsuliyyət daşıyır.

Qeyd edək ki, Zeytun Pharmaceuticals Azərbaycanda GDP (Good Distribution Practice) sertifikatına malik yeganə əczaçılıq şirkəti olaraq, preparatın təchizatının istehsal müəssisəsindən son istifadəçiyə qədər olan bütün mərhələlərində — soyuq zəncir (cold chain) də daxil olmaqla — texniki və normativ tələblərə ciddi şəkildə riayət edir.

Keytruda® müasir onkologiya sahəsində ən mühüm innovasiyalardan biri hesab olunur. Preparat immunoterapiya prinsiplərinə əsaslanaraq orqanizmin təbii immun sistemini aktivləşdirir və T-limfositlərin şiş hüceyrələrinə qarşı yönəlməsinə şərait yaradır.

Hazırda Keytruda® preparatının 20-yə yaxın bədxassəli şiş növünün müalicəsində effektivliyi elmi tədqiqatlarla sübut olunmuşdur və o, ABŞ-da 40-dan çox göstəriş üzrə rəsmi qeydiyyatdan keçmişdir. Xüsusilə vurğulanmalıdır ki, bu preparat ağciyər, süd vəzi, böyrək xərçəngi, melanoma, baş-boyun və uşaqlıq boynu xərçənglərinin erkən mərhələlərində yüksək effektivlik göstərir. Bundan əlavə, Keytruda® həmçinin uşaqlarda Xoçkin limfoması və melanoma, eləcə də böyüklərdə MSI-H/dMMR genetik markerinə malik bərk (solid) şişlərin müalicəsində tətbiq olunur.

Keytruda® preparatının Azərbaycanda rəsmi şəkildə mövcudluğu ölkədə onkoloji yardım xidmətlərinin inkişafına mühüm töhfə verir və xəstələrin müasir, effektiv və beynəlxalq səviyyədə tanınmış müalicə metodlarına çıxış imkanlarını genişləndirir.

“Hazırda preparat Zeytun Pharmaceuticals şirkətinin aptek şəbəkəsində təqdim olunur ki, bu da istifadəçilərə preparatın orijinallığına və keyfiyyətinə tam zəmanət verir.”