Pharmastore-da PalmPay ilə ovuc içi ilə ödəniş imkanı
Zeytun Pharmaceuticals şirkətinin Pharmastore apteklər şəbəkəsi
PalmPay ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıqla Pharmastore PalmPay
texnologiyasının tətbiq olunduğu ilk aptek şəbəkəsi olub.
Ovuc içi ilə ödəniş sistemi ilkin olaraq Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi 63C ünvanında yerləşən Pharmastore Mərkəzi Aptekdə
istifadəyə verilib. Müştərilər ödəniş zamanı bank kartı və ya mobil telefondan
istifadə etmədən, ovuc içini cihaza yaxınlaşdırmaqla alışlarını ödəyə bilərlər.
PalmPay-dən necə istifadə etmək olar?
Xidmətdən istifadə etmək üçün müştərilər aptekdəki
PalmPay stendinə yaxınlaşaraq qeydiyyatdan keçməli və ovuc içi biometrik məlumatlarını
sistemə tanıtmalıdırlar. Qeydiyyatdan sonra kassada PalmPay cihazı vasitəsilə
ödəniş etmək mümkündür.
Zeytun Pharmaceuticals şirkəti Pharmastore apteklər şəbəkəsində
yeni texnologiyaların tətbiqi ilə müştəri xidmətlərini inkişaf etdirməyə və
alış-veriş təcrübəsini daha rahat etməyə davam edir.