Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Aptek rəhbərləri ilə apteklərin inkişafı və əməkdaşlıq görüşü

Aptek rəhbərləri ilə apteklərin inkişafı və əməkdaşlıq görüşü — Şəki regionu

21 noyabr 2026-cı il tarixində Zeytun Pharmaceuticals şirkətinin təşkilatçılığı ilə Şəkidə aptek rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüş apteklərin inkişaf imkanlarının müzakirəsinə, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və gündəlik fəaliyyətə dəstək verən həllərin təqdimatına həsr olunub.

Tədbir çərçivəsində yeni aptek konsepsiyası, marketinq dəstəyi, onlayn satış kanalları, loyallıq və əczaçı bonus proqramları barədə məlumat verilib. Həmçinin apteklərin iş proseslərinin idarə olunmasına xidmət edən rəqəmsal həllər və proqram təminatının imkanları təqdim edilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə aptek rəhbərləri təcrübələrini bölüşüb, gündəlik fəaliyyətdə qarşılaşdıqları məsələləri və əməkdaşlıq üzrə təkliflərini səsləndiriblər. Müzakirələr apteklərin ehtiyaclarını daha yaxından öyrənmək və birgə inkişaf istiqamətlərini dəyərləndirmək üçün imkan yaradıb.

Görüşdən anlar