Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals “Karyerada ilk addım” məşğulluq yarmarkasında iştirak edib

Zeytun Pharmaceuticals nümayəndələri 1 nömrəli Bakı Baza Tibb Kollecində keçirilən məşğulluq yarmarkasında

19 noyabr 2026-cı il tarixində “Zeytun Pharmaceuticals” MMC 1 nömrəli Bakı Baza Tibb Kollecində Əczaçılıq ixtisası üzrə məzunlar üçün təşkil olunan “Karyerada ilk addım” məşğulluq yarmarkasında iştirak edib.

Tədbir çərçivəsində məzunlara şirkətin fəaliyyəti, karyera imkanları, işə qəbul prosesi və peşəkar inkişaf perspektivləri barədə məlumat verilib.

Zeytun Pharmaceuticals gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına dəstək olan bu təşəbbüsün təşkilatçılarına təşəkkür edir, məzunlara gələcək karyeralarında uğurlar arzulayır.