Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals aptek müdirləri üçün liderlik və idarəetmə təlimi keçirdi

Zeytun Pharmaceuticals aptek müdirlərinin liderlik, komanda idarəetməsi və nəticəyönümlü idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xüsusi təlim təşkil etdi. Təlim Türkiyənin təcrübəli təlimçisi Bahadır Bülgin tərəfindən keçirildi. Tədbirdə Zeytun Pharmaceuticals şirkətinin aptek müdirləri iştirak etdilər. Təlimin əsas məqsədi rəhbər heyətin idarəetmə bacarıqlarını gücləndirmək, komanda ilə effektiv işləmə yanaşmalarını inkişaf etdirmək və apteklərdə yüksək xidmət mədəniyyətinin formalaşdırılmasına dəstək olmaq idi. Təlim proqramı çərçivəsində iştirakçılar hədəf qoyma, hədəflərin komandaya düzgün çatdırılması və nəticəyönümlü idarəetmə mövzuları üzrə nəzəri və praktiki biliklər əldə etdilər. Həmçinin rəhbərdən gözləntilər, liderlik yanaşmaları, performansın artırılması, satış nəticələrinin yaxşılaşdırılması və komanda idarəetməsinin gücləndirilməsi kimi mövzular müzakirə olundu. Bununla yanaşı, təlimdə səlahiyyətlərin effektiv bölüşdürülməsi, inkişafetdirici rəhbərlik və əməkdaşların potensialının üzə çıxarılması, vaxtın səmərəli idarə olunması, münaqişələrin diaqnostikası və həlli üsulları kimi vacib istiqamətlərə də toxunuldu. Tədbirdə ümumilikdə 50 nəfər iştirak etdi. Təlim iştirakçıların liderlik bacarıqlarının inkişafına, əməkdaş motivasiyasının artırılmasına, performansın idarə olunması üzrə səriştələrin gücləndirilməsinə və nəticəyönümlü fəaliyyət mədəniyyətinin təşviqinə töhfə verdi. Zeytun Pharmaceuticals Azərbaycanın aparıcı əczaçılıq şirkətlərindən biri olaraq insan kapitalının inkişafına, yüksək xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə xüsusi önəm verir. Bu təlim şirkətin rəhbər heyətin peşəkar inkişafına yönəlmiş davamlı təşəbbüslərinin mühüm hissəsi oldu.