Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals Azərbaycan Tibb Universitetində keçirilən elmi konfransda iştirak edib

23 dekabr 2025-ci il tarixində Azərbaycan Tibb Universitetində “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfrans çərçivəsində müsabiqənin qalibləri, professor-münsiflər heyəti və tələbə iştirakçılar üçün xatirə və təşəkkür hədiyyələri təqdim olunub. Təqdim edilən hədiyyə dəstləri dermatoloji baxımdan yüksək keyfiyyəti ilə seçilən Noreva brendinin məhsullarından ibarət olmaqla, iştirakçıların fərqli ehtiyacları nəzərə alınaraq formalaşdırılıb.

Tədbir çərçivəsində Zeytun Pharmaceuticals şirkətinin fəaliyyət istiqamətləri və məhsul portfeli ilə bağlı məlumatların təqdim olunması üçün müvafiq şərait yaradılıb. Konfrans zamanı şirkətin dəstəyi və iştirakı təşkilatçılar tərəfindən xüsusi olaraq qeyd olunub.

Elmi və akademik təşəbbüslərə dəstək Zeytun Pharmaceuticals-ın sosial məsuliyyət və peşəkar inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirir.

" } } ] }