7–9 oktyabr 2025-ci il
tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Eurasian Pharmaceutical
Summit 2025” çərçivəsində “Global Pharma Leaders Club” tərəfindən ənənəvi
olaraq təqdim olunan “Eurasian Pharma Awards” mükafatlandırma mərasimi baş
tutub.
Tədbirdə Azərbaycanı
Zeytun Pharmaceuticals şirkəti təmsil edib. Şirkətin nümayəndələri – Rəşad
Əliyev, Kommersiya departamentinin direktoru və Orxan Mikayılov, Biznesin
inkişafı şöbəsinin müdiri – sammitdə iştirak ediblər.
Zeytun Pharmaceuticals
şirkəti “Distributor of the Year – 2025” (İlin Distribyutoru) nominasiyasında
mükafatla təltif olunub. Bu mükafat şirkətin regionda apardığı uğurlu tərəfdaşlıq
siyasətinə, davamlı inkişaf strategiyasına və əczaçılıq sektorundakı nümunəvi fəaliyyətinə
verilmiş yüksək qiymət kimi dəyərləndirilir.
Bu uğur Zeytun
Pharmaceuticals komandasının regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da
möhkəmləndirir və şirkətin beynəlxalq miqyasda tanınmasına töhfə verir.