Zeytun Pharmaceuticals UNEC-də təşkil olunan Əmək Yarmarkasında iştirak etdiZeytun Pharmaceuticals Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə UNEC-də keçirilən Əmək Yarmarkasında iştirak edib. Tədbir çərçivəsində şirkətimizin nümayəndələri tələbə və məzunlarla görüşərək Zeytun Pharmaceuticals-da mövcud aktiv vakansiyalar, təcrübə proqramları və karyera inkişafı imkanları haqqında ətraflı məlumat təqdim ediblər. Gənclərlə birbaşa ünsiyyət qurmaq, onların suallarını cavablandırmaq və peşəkar inkişaf yolunda onlara dəstək olmaq şirkətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Zeytun Pharmaceuticals olaraq gənc və perspektivli kadrların əmək bazarına uğurlu inteqrasiyasına töhfə verməyi prioritet istiqamətlərdən biri hesab edirik. Karyerasına güclü başlanğıc etmək istəyən bütün tələbə və məzunlara təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.