Zeytun
Pharmaceuticals — Azərbaycanın bütün regionlarını əhatə edən geniş xidmət
infrastrukturu ilə ölkənin aparıcı əczaçılıq şəbəkələrindən biridir. 2014-cü
ildən “Sizin sağlamlığınızı düşünən apteklər şəbəkəsi” şüarı ilə fəaliyyət göstərən
şirkət peşəkar komandasının dəstəyi, yüksək keyfiyyətli preparatları və beynəlxalq
standartlara uyğun təchizat sistemi ilə qısa müddətdə sektorun liderlərindən
birinə çevrilmişdir. Geniş logistika imkanları sayəsində dərman və tibbi məhsullar
ölkənin bütün ərazisinə operativ və təhlükəsiz şəkildə çatdırılır.
Bu əməkdaşlıq
çərçivəsində təqdim edilən endirim Zeytun
Apteklər Şəbəkəsinə məxsus bütün apteklərdə keçərlidir və müştərilərə daha sərfəli
alış-veriş imkanı yaradır. Təqaüd kartından istifadə edən alıcılar şəbəkənin
istənilən aptekində xüsusi endirimdən yararlana bilərlər.
Daha ətraflı məlumat üçün Sosial Tərəfdaş saytına keçid edə bilərsiniz.