Zeytun Pharmaceuticals Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə tərəfdaş qismində iştirak edib
Zeytun Pharmaceuticals 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə təşkil olunan tədbirdə tərəfdaş qismində iştirak edib.
13 iyun tarixində keçirilən tədbir qan donorluğunun cəmiyyət üçün əhəmiyyətini vurğulamaq, könüllü donor hərəkatını təşviq etmək və bu nəcib missiyaya dəstək göstərmək məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində Zeytun Pharmaceuticals və PharmaStore stendi fəaliyyət göstərib. İştirakçılar şirkətin fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq, müxtəlif məlumatlandırıcı materiallar əldə etmək və nümayəndələrlə ünsiyyət qurmaq imkanı qazanıblar.
Qan donorluğu hər il milyonlarla insanın həyatının xilas edilməsinə töhfə verən ən vacib humanitar təşəbbüslərdən biridir. Bu səbəbdən Ümumdünya Qan Donoru Günü həm qan donorlarına təşəkkür etmək, həm də cəmiyyətin diqqətini könüllü qanvermənin əhəmiyyətinə yönəltmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Zeytun Pharmaceuticals olaraq sağlam cəmiyyətin formalaşmasına xidmət edən sosial təşəbbüslərin dəstəklənməsini korporativ sosial məsuliyyət fəaliyyətimizin vacib istiqamətlərindən biri hesab edir və bu kimi layihələrdə iştirak etməyə davam edirik.
Qan donorluğu missiyasına töhfə verən bütün donorları və tədbirin təşkilatçılarını təbrik edir, onların cəmiyyətimiz üçün göstərdikləri dəyərli xidmətə görə təşəkkürümüzü bildiririk.