Tələblər:
Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili – üstünlükdür;
Güclü analitik düşüncə, məsuliyyətlilik və punktuallıq;
Kreativ və innovativ yanaşma;
Marketinq alətləri və kanalları üzrə geniş biliklər, o cümlədən rəqəmsal marketinq üzrə təcrübə;
Retail, e-kommers və partnyor platformaları ilə işləmə proseslərinə ümumi anlayış.
Əsas vəzifə öhdəlikləri:
Marketinq və retail fəaliyyəti
Rəqiblərin qiymət strategiyalarının təhlili və aylıq əsasda Kateqoriya şöbəsinə qiymət təkliflərinin hazırlanması;
Apteklərdə marketinq aktivliklərinin planlanması, icrası və monitorinqi;
Merchandising materiallarına, lightbox və POS yerləşdirmələrinə nəzarət;
Promo materialların hazırlanması üçün dizayner və podratçılarla koordinasiya;
Apteklərin interyer və eksteryer dizayn işləri üzrə marketinq nəzarətinin həyata keçirilməsi.
Partnyor və layihə koordinasiyası
Potensial və mövcud tərəfdaşlarla birgə marketinq aksiyaları üzrə danışıqların aparılması;
Marketinq layihələri üzrə görüşlərin təşkili, razılaşmaların icrasına nəzarət;
Aksiyalarda iştirak edən məhsullar, şərtlər və müddətlər üzrə razılaşdırmaların aparılması;
Aksiyaların nəticələri üzrə tərəfdaşlara hesabat və geridönüşlərin təqdim edilməsi.
Rəqəmsal və e-kommers koordinasiyası (dəstək səviyyəsində)
E-kommers və marketplace platformalarında (məs. Wolt və oxşar sistemlər) marketinq aksiyalarının işə salınması və monitorinqi;
Apteklərin onlayn kanallarda düzgün görünməsi və marketinq tərəfdən operativliyinə nəzarət;
Rəqəmsal platformalarda kampaniya və satış nəticələrinin təhlili və aidiyyəti komandalarla paylaşılması;
Texniki komandalar və partnyorlarla marketinqə təsir edən məsələlər üzrə koordinasiya (icra yox, nəzarət funksiyası).
Hesabatlılıq və nəzarət
Marketinq və retail aktivlikləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Marketinq büdcəsi çərçivəsində xərclərin planlanması və icrasına nəzarət.
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00 - 18:00;
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi sığorta;
Əmək haqqı müsahibə əsasında müəyyən olunur.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.