Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Marketinq üzrə mütəxəssis

Zeytun Pharmaceuticals MMC komandamıza Marketinq üzrə Mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri

• Şirkətin əməkdaşlıq etdiyi marketplace və çatdırılma platformalarının gündəlik idarə olunmasını təmin etmək
• Məhsulların, qiymətlərin, şəkillərin və kampaniyaların platformalarda düzgün əks olunmasına nəzarət etmək
• Marketplace platformalarına yeni məhsulların və apteklərin əlavə olunmasını, inteqrasiyasını və texniki uyğunluğunu koordinasiya etmək
• Apteklərdən və tərəfdaşlardan daxil olan texniki və əməliyyat problemlərinin operativ həllini təşkil etmək
• Platformaların inkişafına yönəlmiş banner, reklam və kampaniya fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək
• Loyallıq proqramlarının gündəlik əməliyyat fəaliyyətlərini idarə etmək
• Apteklərdən və istifadəçilərdən daxil olan sorğuları koordinasiya etmək və kampaniyaların düzgün tətbiqinə nəzarət etmək
• Loyallıq proqramları üzrə aylıq support və analitik hesabatlar hazırlamaq
• Tərəfdaş loyallıq proqramlarının inteqrasiya proseslərini koordinasiya etmək və gündəlik dəstəyi təmin etmək
• Sosial Tərəfdaş və digər analoji layihələr üzrə kommunikasiya planları hazırlamaq, promo materialları koordinasiya etmək və hesabatlar təqdim etmək
• CRM, Visa, Mastercard və digər rəqəmsal layihələrin tətbiqi və inteqrasiyası proseslərində iştirak etmək
• Rəqəmsal platformalar üzrə analitik məlumatlar toplamaq və aylıq hesabatlar hazırlamaq
• Satış, İT, Aptek Əməliyyatları, Müştəri Xidmətləri və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Namizədə tələblər

• Marketinq, biznesin idarə edilməsi, menecment, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
• Marketinq, rəqəmsal marketinq, e-commerce, marketplace və ya layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi
• Marketplace platformaları, loyallıq proqramları və ya rəqəmsal layihələrin idarə olunması üzrə təcrübə üstünlükdür
• Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək
• Rus dili biliyi üstünlükdür
• MS Office, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı
• Google Sheets, Google Analytics, Meta Business Suite və digər rəqəmsal platformalarda işləmək bacarığı üstünlükdür
• Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarığı
• Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları
• Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
• Komandada işləmək bacarığı

İş şəraiti

• İş yeri: BEGOC Biznes Mərkəzi
• Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93
• Tibbi sığorta və nahar şirkət tərəfindən təmin edilir
• Peşəkar təlim və inkişaf imkanları təqdim olunur
• Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti

Tələblərə cavab verən namizədlər CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində “Marketinq üzrə Mütəxəssis” qeyd edilməlidir.