Zeytun
Pharmaceuticals-in anbar müdirləri üçün “Vaxt və tapşırıqların idarə edilməsi”
mövzusunda təlim keçirilib
1 noyabr
2026-cı il tarixində Zeytun Pharmaceuticals şirkətinin anbar müdirləri üçün təlimçi
Lətafət Rəhimlinin təqdimatında “Vaxt və tapşırıqların idarə edilməsi”
mövzusunda təlim təşkil olunub.
Təlimin əsas
məqsədi iştirakçıların vaxtın səmərəli idarə edilməsi, gündəlik tapşırıqların
düzgün prioritetləşdirilməsi və iş proseslərinin effektiv təşkili üzrə bilik və
bacarıqlarını inkişaf etdirmək olub.
Təlim çərçivəsində
vaxtın düzgün planlaşdırılması, tapşırıqların əhəmiyyət və təcililik dərəcəsinə
görə müəyyənləşdirilməsi, iş yükünün effektiv bölüşdürülməsi və gündəlik fəaliyyətin
daha sistemli təşkili kimi mövzulara diqqət yetirilib.
Zeytun
Pharmaceuticals olaraq əməkdaşlarımızın peşəkar inkişafını və idarəetmə
bacarıqlarının təkmilləşdirilməsini prioritet istiqamətlərimizdən biri hesab
edirik.
Bu kimi təlimlər
vasitəsilə komandamızın bilik və bacarıqlarının artırılmasına, iş proseslərinin
optimallaşdırılmasına və daha effektiv iş mühitinin formalaşdırılmasına dəstək
verməyə davam edirik.