Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Pharmastore-da PalmPay ilə ovuc içi ilə ödəniş imkanı

Pharmastore-da PalmPay ilə ovuc içi ilə ödəniş imkanı

Zeytun Pharmaceuticals şirkətinin Pharmastore apteklər şəbəkəsi PalmPay ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıqla Pharmastore PalmPay texnologiyasının tətbiq olunduğu ilk aptek şəbəkəsi olub.

Ovuc içi ilə ödəniş sistemi ilkin olaraq Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 63C ünvanında yerləşən Pharmastore Mərkəzi Aptekdə istifadəyə verilib. Müştərilər ödəniş zamanı bank kartı və ya mobil telefondan istifadə etmədən, ovuc içini cihaza yaxınlaşdırmaqla alışlarını ödəyə bilərlər.

PalmPay-dən necə istifadə etmək olar?

Xidmətdən istifadə etmək üçün müştərilər aptekdəki PalmPay stendinə yaxınlaşaraq qeydiyyatdan keçməli və ovuc içi biometrik məlumatlarını sistemə tanıtmalıdırlar. Qeydiyyatdan sonra kassada PalmPay cihazı vasitəsilə ödəniş etmək mümkündür.

Zeytun Pharmaceuticals şirkəti Pharmastore apteklər şəbəkəsində yeni texnologiyaların tətbiqi ilə müştəri xidmətlərini inkişaf etdirməyə və alış-veriş təcrübəsini daha rahat etməyə davam edir.

" } } ] }