Zeytun Pharmaceuticals “Sağlamlıq və Texnologiyanın Zirvəsi” beynəlxalq tədbirində iştirak etdi Zeytun Pharmaceuticals Azərbaycan Tibb Universitetində keçirilən “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq tədbirdə iştirak edib. 6–8 may 2026-cı il tarixlərində baş tutan tədbir səhiyyə və texnologiyanın kəsişdiyi sahələrdə müasir tibbi texnologiyalar, innovativ yanaşmalar və gələcək inkişaf perspektivlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə müxtəlif ölkələrdən aparıcı mütəxəssislər, ekspertlər və səhiyyə sahəsinin nümayəndələri iştirak edərək texnologiyanın tibbdə tətbiqi, səhiyyənin inkişafı və innovativ həllər barədə fikir mübadiləsi aparıblar. Zeytun Pharmaceuticals olaraq sağlam gələcək naminə elmi, texnoloji və innovativ təşəbbüslərin bir parçası olmaqdan məmnunluq duyuruq.