Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals diabet üzrə maarifləndirmə kampaniyasına başlayıb

Zeytun Pharmaceuticals şirkəti Pharmastore apteklər şəbəkəsində “Şəkərini bil, sağlam yaşa” kampaniyasına başlayıb. 1–30 noyabr 2026-cı il tarixlərini əhatə edən təşəbbüs 14 Noyabr – Dünya Diabet Günü ilə əlaqədar həyata keçirilir.

Layihənin məqsədi diabet haqqında ictimai məlumatlılığı artırmaq, qlükoza səviyyəsinə nəzarətin əhəmiyyətini vurğulamaq və bu mövzuda məlumatları daha geniş auditoriyaya çatdırmaqdır.

Kampaniya aptekdaxili məlumatlandırma fəaliyyətlərini və rəqəmsal kommunikasiyanı əhatə edir. Layihə çərçivəsində seçilmiş 10 aptekdə tematik məhsul zonalarının təşkili, məlumatlandırıcı materialların yerləşdirilməsi, sosial şəbəkələrdə maarifləndirici paylaşımların və videoların yayımlanması nəzərdə tutulur.

Təşəbbüsdə Zeytun Pharmaceuticals şirkətinin eksklüziv portfelinə daxil olan iCan i6 davamlı qlükoza monitorinq sistemi haqqında məlumatlandırmaya xüsusi yer ayrılır. Maarifləndirmə fəaliyyətləri ilə yanaşı, kampaniya müddətində seçilmiş məhsullar üzrə xüsusi təkliflər də təqdim olunur.

Zeytun Pharmaceuticals əhalinin sağlamlıqla bağlı məlumatlılığını artırmaq məqsədilə Pharmastore apteklər şəbəkəsində hər ay fərqli mövzular üzrə maarifləndirmə fəaliyyətlərini davam etdirir.

" } } ] }