Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals Gəncə Aqrar Universitetində keçirilən Əmək Yarmarkasında iştirak etdi

20 may 2026-cı il tarixində Azərbaycan Dövlət Gəncə Aqrar Universitetində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirildi. Zeytun Pharmaceuticals tədbirdə iştirak edərək tələbələr və gənc mütəxəssislərlə görüşmək imkanı əldə etdi.

Tədbirin əsas məqsədi gəncləri əmək bazarı ilə daha yaxından tanış etmək, onlara karyera imkanları, təcrübə proqramları və mövcud vakansiyalar barədə məlumat vermək idi.

Zeytun Pharmaceuticals-ı tədbirdə İnsan Resursları üzrə Biznes Tərəfdaş Nərmin Məmmədova təmsil etdi. Görüş zamanı iştirakçılara şirkətin fəaliyyəti, korporativ mədəniyyəti, inkişaf imkanları və açıq vakansiyaları haqqında ətraflı məlumat təqdim olundu.

Əmək yarmarkası çərçivəsində tələbələrin CV-ləri qəbul edildi, onların sualları cavablandırıldı və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi. Tədbir gənclərin peşəkar inkişafına dəstək olmaq və onların əmək bazarına uğurlu inteqrasiyasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyırdı.

Zeytun Pharmaceuticals olaraq gələcəyin peşəkarları ilə bir araya gəlməkdən və onların karyera inkişafına dəstək olmaqdan məmnunluq duyuruq.

" } } ] }