Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals “Eurasian Pharma Awards 2025” mükafatına layiq görülüb

7–9 oktyabr 2025-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Eurasian Pharmaceutical Summit 2025” çərçivəsində “Global Pharma Leaders Club” tərəfindən ənənəvi olaraq təqdim olunan “Eurasian Pharma Awards” mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə Azərbaycanı Zeytun Pharmaceuticals şirkəti təmsil edib. Şirkətin nümayəndələri – Rəşad Əliyev, Kommersiya departamentinin direktoru və Orxan Mikayılov, Biznesin inkişafı şöbəsinin müdiri – sammitdə iştirak ediblər.

Zeytun Pharmaceuticals şirkəti “Distributor of the Year – 2025” (İlin Distribyutoru) nominasiyasında mükafatla təltif olunub. Bu mükafat şirkətin regionda apardığı uğurlu tərəfdaşlıq siyasətinə, davamlı inkişaf strategiyasına və əczaçılıq sektorundakı nümunəvi fəaliyyətinə verilmiş yüksək qiymət kimi dəyərləndirilir.

Bu uğur Zeytun Pharmaceuticals komandasının regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir və şirkətin beynəlxalq miqyasda tanınmasına töhfə verir.